Naxçıvanda Xocalı qurbanlarının xatirəsi yad edilib

Naxçıvanda Xocalı qurbanlarının xatirəsi yad edilib

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib. SİA xəbər verir ki, fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.

Abidə önünə güllər qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə