"Ermənilər hadisələrin izini itirməyə çalışırlar” - POLİTOLOQ DANIŞDI
“Birinci Qarabağ müharibəsində azərbaycanlıların əsir düşməsi nəticəsində itkilərimiz haqqında tam dəqiq rəqəm yoxdur. Amma təxmini hesablamalara görə bunlar 5500 nəfərdən çoxdur. Onların içərisində 1250 nəfəri Xocalı soyqırımı zamanı girov götürülənlərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, müharibənin müxtəlif pillələrində Azərbaycana qarşı rusların köməkliyi ilə aparılan hərbi əməliyyatlarda da mülki əhali ermənilər tərəfindən girov götürülüb: “Sonradan isə bu girovların taleyi yaxşı olmayıb. Belə ki, əsir qadınları müxtəlif evlərə qulluqçu kimi işləməyə veriblər, kişiləri isə ən ağır işlərdə işlədiblər. Tabe olmayanlar isə güllələnib.
Belə bir məlumat var ki, indiyə qədər həmin girovlardan sağ qalanı demək olar ki, yoxdur. Üstəlik də toplu məzarların tapılması da göstərir ki, ermənilər əsirlərimizə qarşı çox amansızlıqlar törədiblər. Bu gün Azərbaycan tərəfi bununla bağlı Ermənistandan hər hansı bir məlumat almaq istəsə də, buna nail ola bilməyib. Ermənilər müxtəlif bəhanələrlə baş vermiş hadisələrin izini itirməyə çalışırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB