"Münxen görüşü Azərbaycan üçün çox əhəmiyyətlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri məhsuldar və ölkəmizin mövqelərinin siyasi platformalarda möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, dövlət başçımız Münxenə səfəri çərçivəsində müxtəlif sferaların rəhbərləri ilə çoxlu görüşlər keçirib: "O cümlədən belə görüşlərdən biri də fevralın 18-də ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid ilə baş tutdu. Hesab edirəm ki, bu görüş Azərbaycanın torpaqlarının erməni işğalı altında olduğu dövürdə ATƏT-in 28 ildə fəaliyyətsizliyini və bu gün bu təşkilatın regionumuzda görəcəyi bir iş qalmadığını diqqətə çatdırmaq baxımından çox əhəmiyyətlidir".
Azər Badamov sözlərinə belə davam edib: "Çünki Ermənistan və onun havadarı Fransa ATƏT- i yenidən canlandırmağa və yenidən regiona gətirməyə can atır. Amma Azərbaycan ATƏT-in görməli olduğu işi özü döyüş meydanında həll etmiş və bu təşkilatların fəaliyyətini tarixin arxivinə atmışdır. İndi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində ATƏT-in görəcəyi bir iş qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və növbəti məsələlər isə iki ölkə arasında birbaşa müzakirə edilərək yoluna qoyulmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB