Sergey Lavrov Azərbaycana gələcək

Sergey Lavrov Azərbaycana gələcək

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə