Enerji bəşəriyyətin varlığının əsas amilidir. Bəşər cəmiyyətinin tarixi formalaşması ocağın istisi ilə başlayır və elektrik generatorları ilə başa çatır. Sosial-iqtisadi inkişaf enerjinin inkişafı ilə bağlıdır. Əhali artır, enerji istehlakı da artır, yanacaq ehtiyatları isə azalır. Təbii ki, bütün bunlar insan fəaliyyətinin ətraf mühitə mənfi təsiri nəticəsində baş verir.
Elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir, çünki o, əhalinin və xalq təsərrüfatının tələbatını elektrik və istilik enerjisi ilə təmin edir, digər qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu sənayenin düzgün işləməsi iqtisadiyyatın inkişafında mühüm amillərdəndir. Son dövrlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sayəsində elektroenergetika sənayesində sənayenin dövlət tənzimlənməsi sistemi dəyişib. Energetika– istilik energetikası, atom enerjisi, təbiət, dəniz və okeanların qabarma hərəkət energetikası, cisim və maddələrin cazibə enerjisi, kimyəvi-bioloji energetika və s. kimi növlərə malikdir. İnsan yaşayışı üçün ən faydalı və səmərəli olanı elektrik energetikasıdır və ona uyğun enerji növü isə elektrik enerjisidir. Elektrik enerjisi alınmasında işlədilən yanacaq və onun təsirlərinə görə fərqlənən. Təbii enerji mənbəinin yanacaq növündən asılı olaraq elektrik stansiyaları:- istilik, su, atom və istilik-elektrik kimi əsas sahələrə ayrılır.Azərbaycanda 4 böyük istilik elektrik stansiyası vardır: - Аzərbaycan Dövlət rayon elektrik stansiyası (DRES), Şirvаn DRES və onun yenidən qurulan sistemləri, Sumqayıt istilik-elektrik stansiyası və Şimal DRES.
13 fevral 2023-cü il tarixində Bakıda “Gülüstan” sarayında Azərbaycanın energetiklər şəhəri olan Mingəçevirdə tikiləcək 1280 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyulma mərasimi keçirilib. Azərbaycan istilik elektrik stansiyasının tikintisində İtaliya turbinlərindən istifadə ediləcək.Müasir enerji texnologiyasında neft və ətraf mühitin kimyəvi çirklənməsini məhv edən bioyanacaqlardan istifadə olunur. Hazırda alimlər osmos effektindən enerji sektorunda, su elektrik stansiyalarının istismarında istifadə edirlər. Stansiyalarda şirin və duzlu su arasındakı təzyiq fərqi turbinlərin fırlanmasına və elektrik enerjisi istehsal etməsinə səbəb olur ki, bu da su elektrik stansiyalarının tikintisindən xeyli ucuz başa gəlir. Elm adamları enerjini naqilsiz məsafəyə ötürmək məsələsi ilə - "enerji İnterneti" ilə məşğul olmağa başladılar. Misal üçün simsiz smartfon şarj cihazını göstərmək olar.
Cənab Prezident İlham Əliyev: “Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur”.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yeni iqtisadi-maliyyə münasibətləri, infrastruktur yaratmaq zərurəti yarandı. Xarici dövlətlərlə əlaqələrin qurulması xammal və materialların ixracına səbəb oldu. Ermənistanla ölkədə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilə imzalandıqdan sonra asayişin və sabitliyin bərpasına başlandı, xaricdən sərmayələr axını başlandı. 1999-cu ildə hökumətin səyləri nəticəsində elektrik enerjisi istehsalı artdı, ölkənin enerji sisteminin gücü artmağa başladı, enerji müəssisələrinin köklü modernləşdirilməsi layihələri həyata keçirilməyə başlandı, Azərbaycanın enerji sisteminin beynəlxalq elektrik əlaqələri quruldu. Hazırda elektrik stansiyaları tikilib ki, bu da elektrik enerjisi istehsalını artırıb. Ölkə iqtisadiyyatının elektrik enerjisi sənayesində təmin edilməsi zərurəti elektrik enerjisi sənayesi iqtisadiyyatının əsas vəzifəsidir. Bundan əlavə, dövlətin enerji təhlükəsizliyini də unutmaq olmaz ki, burada əsas vəzifə enerji ehtiyatlarının emalı, istehsalı, istifadəsi, idxalı və ixracıdır.
Azərbaycan Respublikasının enerji sənayesi Qafqazda əsas sənayedir. SSSR-ri dağıldıqdan sonra hər bir respublikanın hökuməti öz ölkəsini ayağa qaldırmağa çalışırdı. Belə çətinliklər Azərbaycanda da oldu. Qeyd etmək vacibdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır. 1990-cı illərin əvvəllərində sənayenin və iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetikada dağıdıcı proseslər dayandırıldı. Təbii ki, Azərbaycanda elektrik stansiyaları hələ sovet dövründə - Cənubi Qafqazda 2400 MVt gücündə "Azərbaycan" EEE, 402 MVt gücündə Mingəçevir SES-i tikilib. 2020-ci ildə Azərbaycanda elektrik stansiyalarının gücü 7621,6 MVt idi.
Cənab Prezident İlham Əliyev: “Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.”
Bildiyimiz kimi, mənfur düşmən torpaqlarımızda 30-dan çox elektrik stansiyasını dağıdıb. 2021-ci ildən bu stansiyaların bərpasına başlanılıb və beş stansiya gücü 27 meqavata çatdıralaq “Azərenerji” tərəfindən bərpa edilir. Bu işdə cənab prezidentimiz, Ali baş komandanımız İlham Əliyev Azərbaycanın yerli sahibkarlarını fəal olmağa dəvət edib.
Cənab Prezident İlham Əliyev: “İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.”
Elektrik stansiyası 2025-ci ildə istifadəyə veriləcək. Azərbaycan İtalya üçün strateji ölkədir. 2020-ci ildən etibarən “Ansaldo Energetika” şirkəti Azərbaycan bazarına güclü maraq göstərib və bu illər əzrində yüksək səviyyəli şəxslərlə çoxsaylı görüşlər keçirib. Əhəmiyyətli biznes imkanlarını müəyyən edərək Azərbaycanda şirkət öz filialını açmağa qərar verdi. 2020-ci il dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə tikilmiş 110 kVt gücündə yarımstansiyalar üçün enerji avadanlıqlarının təchizatına dair müqavilə imzalanıb.Təbii ki, Mingəçevir Elektrik Stansiyasının İkinci Qarabağ müharibəsi zamanında necə onəmli olduğunu bəlli olduğunu vurğulamaq lazımdır. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın mülki obyektlərini atəşə tuturdu və Mingəçevir kimi əhəmiyyətli bir şəhər gözdən qaçmamışdır. Döyüş meydanında uduzan düşmən terrorçuluğa əl atmağa başladı və məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Artıq Mingəçevir şəhərinin yeni dövrü başlayır.
Şəhla Xəlilova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə