6 fevral səhərini qardaş Türkiyədən gələn dəhşətli xəbərlə açdıq. Qardaş Türk xalqı əsrin ən dəhşətli faciəsini yaşamışdı. Türkiyənin on böyük şəhərində 7. 7 və 7. 9 bal gücündə zəlzələ baş vermişdi. Eşitdiyimiz bu acı xəbər bizi sarsıtdı və göz yaşlarına boğdu. Hər zaman sevincimizi və kədərimizi bir yaşadığımız qardaş Türkiyənin azərbaycanlı qardaşlarının mənəvi və fiziki dəstəyinə ehtiyacı vardı. Azərbaycanın dar günündə Türk xalqı başda Türk Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla hər zaman Azərbaycan xalqının və Ali Baş Komandan İlham Əliyevin yanında olmuş və olmaqdadır. Bu gün də eşitdiyi xəbərdən etibarən bir dəqiqə belə vaxt itirməyən Ali Baş Komandan, Cənab İlham Əliyev Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana telefon açaraq şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verdi. Bu faciədən sarsıldığımızı və kədərləndiyimizi bildirdi. Türk qardaşlarımızın yanında olduğumuzu vurğuladı.
Hər birimiz bilirik ki, bizim dostluğumuzun və birliyimizin tarixi kökləri var. Bu köklər Ulu Öndər Heydər Əliyevdən bizə yadigar qalıb. Onun “Bir millət, iki dövlət” ifadəsi ilə əbədi qardaşlığımız və dostluğumuz xalqımızın əbədi şüarına çevrilmişdir. Bu gün də bu vəziyyətdə vaxt itirmək olmazdı, Ali Baş Komandan dağıntılar altında qalan bacı və qardaşlarımızı xilas etmək üçün ilk xilasedicilərdən ibarət qrupu hadisə yerinə göndərdi. Daha sonra Ali Baş Komandan İham Əliyevin fevral ayının 8-də Türkiyə səfirliyinə gəlməsi əbədi birlik və bərabərliyimizin ən mükəmməl ifadəsidir. Ardıcıl olaraq hadisə yerinə həkimlərin, könüllülərin göndərilməsi davam edir və etməkdədir.
Xalqımız da bir an belə dayanmadan türkiyəli qardaşlarımızın vəziyyəti ilə maraqlanaraq, onlara dəstək olmaq üçün birləşdi. Hadisə yerindən aldığımız xəbərlər hər dəqiqə ağırlaşırdı. Havanın soyuq və şaxtalı olması bacı və qardaşlarımız üçün daha böyük problemlər yaradırdı. Azərbaycan xalqı Prezdentinin yanında olaraq ayağa qalxdı və humanist və insanpərvər xalq olduğunu, dövlətçiliyimizi, birliyimizi dünyaya bir daha bəyan etdi. İlk öncə paytaxtdan saysız tırlarla Türkiyənin on şəhərinə yardımlar göndərən xalq sonradan Azərbaycanın bütün bölgələrindən bu gözəl təşəbbüsə qoşuldu. İnternet səhifələrində bir tərəfdən qanımız-canımız olan türk vətəndaşlarının acı və kədərli yaşantılarını görməklə yanaşı, Azərbaycan xalqının Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və bərabərliyin, qürurverici birliklərini görmək türk qardaş və bacılarımıza güc verir. Dövlət başçılarımızın bir-birinə olan güvəni ve sevgisi dünyaya böyük bir mesajdır. Bu faciəni birlikdə yaşamağımız Türk xalqına çox böyük mənəvi dəstəkdir.
Türk xalqı hər zaman ayaqda qalmağı bacarıb, daha da güclənib və mübarizə meydanında bişib, möhkəmlənib. Tez bir zamanda birliyimiz və bərabərliyimiz yaralarımızı saracaq, sağaldacaq. Dövlətlərimiz və dövlət başçılarımız xalqımızı ayaqda tutmağa qadir, güclü və cəsurdurlar. Prezidentlərimiz bir-birinə dayaq və qardaşdırlar!
Biz birlikdə güclüyük!
Var olsun dostluğumuz və qardaşlığımız!
Mərziyyə Nəcəfova
Yap Yasamal rayon AMEA Ədəbiyyat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB