Zəlzələdən dərhal sonra ilk axtarış qrupları artıq yola çıxmışdı - SƏFİR DANIŞDI

Zəlzələdən dərhal sonra ilk axtarış qrupları artıq yola çıxmışdı - SƏFİR DANIŞDI

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq brifinq keçirib. SİA xəbər verir ki, ökəmizdən zəlzələ bölgəsinə gedən yardımlarla bağlı danışan səfir hər kəsə öz təşəkkürünü bildirib:
“Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərində olan 2 böyük zəlzələ meydana gəlmişdir. Burada həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm, millətimizin başı sağolsun. Zəlzələ xəbərinin alındığı gündən etibarən bütün qurumlar öz imkanlarını səfərbər ediblər. Nazirlərimiz tərəfindən koordinasiyalı şəkildə işlərə başlanılıb. Cənab Prezident İlham Əlievin təlimatı ilə Azərbaycanda da müvafiq qurumlar hərəkətə keçib. FHN zəlzələ bölgəsinə axtarış və xilasetmə qüvvələrini göndərib. Zəlzələdən 6 saat keçdikdən sonra atıq ilk axtarış qruplarının olduğu təyyarə yola çıxmışdı. Azərbaycanın hər yerindən insanlar kömək etməyə başladı. İnsanlar əllərindən gələn hər bir köməyi göstərməyə çalışırlar, bu çox dəyərlidir. Göstərilən bütün dəstəyə görə dərin təşəkkürümü bildirirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə