“Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin göndərdiyi 40 generator Şanlıurfaya çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkə Azərbaycan yardım göndərməyə davam edir.
Bu çərçivədə Azərbaycan Respublikası Milli Məclisinin göndərdiyi 40 generator zəlzələdən zərər çəkmiş Şanlıurfaya çatıb. Azərbaycan hakimiyyəti ilə birlikdə gətirilən generatorlar Şanlıurfa valiliyi və AFAD-ın koordinasiyası ilə yaradılan yardım anbarına çatdırılıb.
Azərbaycan Milli Məclisinin baş katibinin müavini İlham Həsənov Türkiyənin 10 vilayətində baş vermiş zəlzələdən dərin kədərləndiklərini bildirib.
Azərbaycanın zəlzələdən sonra hər cür dəstəyə hazır olduğunu izah edən Həsənov deyib: “Türk xalqının pis günlərində kədərini paylaşırıq. Türkiyənin yanında olmağı özümüzə borc bilirik. Prezidentlərimizin başlatdığı bu qardaşlıq münasibətləri bu çətin gündə də özünü göstərdi və bu dostluğun davamı olaraq, biz Azərbaycan Milli Məclisi olaraq öz köməyimizi etdik. Milli Məclisin sədri xanım Qafarovanın rəhbərliyi ilə göndərilən yardım Türkiyəyə göndərildi. Bütün Türkiyəyə başsağlığı veririk”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB