Azərbaycan-Macarıstan iqtisdadi əlaqələrin yeni inkişaf xətti ŞƏRH

Budapeştdə Yanvarın 30-da Prezident Cənab İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla geniş tərkibdə görüşü baş tutub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan arasında rəsmi sənədlər imzalanıb. Qeyd etməliyəm ki , öncə Prezident Cənab İlham Əliyev və baş nazir Viktor Orbanla genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni imzalayıblar. Azərbaycan mədəniyyət ocaqlarından sayılan Azərbaycanın Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, təbii qaz, miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə, iki ölkə xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma protokolları imzalanıb. Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bu gün Avropada əsas müttəfiqlərindən birinə çevrilməkdə olan Macarıstan, etibarlılıq nümayiş etdirərək özünü yaxşı tərəfdən göstərməkdədir.

Qeyd etmək istərdim ki, əsasəndə bu dövrdə Azərbaycan üçün ən öndə məsələlərdən birinin 30 ilə yaxın işğalda olan torpaqlarımızın erməni işğalından azad edilən ərazilərində tez bir zamanda bərpa-quruculuq işlərini bitirmək olduğunu nəzərə alsaq, bu baxımdan da Macarıstandakı yerli və beynəlxalq şirkətlərinin həmin ərazilərimizdə işlərdə iştirak etmək əzmində olduqları ilə bağlı verilən mesajlar paytaxt Bakının əsas hədəflərindən biri kimi əsas proritetlərindəndir.

Yaxın keçmişi yada salsaq unutmaq olmaz ki, bu gün Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində iştirak edir. Bugün bu olduqca çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası həm 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə, həm də güclənən iqtisadi-siyasi potensialına görə Cənubi Qafqazın lider və dominant dövlətidir. Avropanın inkişaf edən və yüksələn dövlətlərindən biri kimi Macarıstanla əlaqələr bizim üçün proritet məsələlərdən birini təşkil edir. Rəsmi Budapeşt də Bakının qlobal və regional əhəmiyyətini dərk edir və ölkəmizlə qarşılıqlı münasibətlərin daha da dərinləşdirmək məsələsini dövlət siyasəti seviyyısinə gətirib.

Bu gün Macarıstan Azərbaycan üçün nə qədər önəmli müttəfiqdirsə, Azərbaycanın da önəmi onlar üçün qarşılıqlıdır. Bu gün qlobal regionda siyasi proseslər fonunda geopolitik mövqelərini günü-gündən daha da gücləndirən bir müstəqil və qalib Azərbaycan var.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə