NATO Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

“NATO Azərbaycanın İrandakı səfirliyinə qarşı hücumu pisləyir”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Tvitterdə bildirib.

“NATO Azərbaycanın İrandakı səfirliyinə dünən baş verən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq aktları qəbuledilməzdir. Ölən şəxsin ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk” – deyə diplomat qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə