İtaliya XİN Azərbaycana həmrəyliyini bildiririb

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin tviter hesabında bununla bağlı bildirilib: “Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə