Terrorçu və terrora dəstək verənlər layiqli cəzalarını alacaqlar ŞƏRH

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş bu terror hadisəsini şiddətlə qınayıram, bu terroru törədənlərin və sifarişçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik. Heç şübhəsiz ki, bu qanlı hadisəyə görə İran dövləti birbaşa məsuliyyət daşıyır. İran rəsmilərinin terror aktına məişət problemi donu geyindirməyə cəhd etmələri qəbuledilməzdir. Videogörüntülər də sübut edir ki, İran rəsmilərinin bu cəhdi yalan və cəfəngiyyatdır.

Dövlət başçımız İlham Əliyevin dediyi kimi, bu hadisə terror aktıdır. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu isə qəbulolunmazdır. Beynəlxalq hüquqa və konvensiyalara əsasən, diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünən odur ki, rəsmi Tehran Azərbaycan səfirliyinin mühafizəsinin təşkil olunmasına laqeyd yanaşıb. Buna görə də, baş verən terror aktına görə İran dövləti də məsuliyyət daşıyır. İran ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirərək, əsassız ittihamlar səsləndirir. Azərbaycanla münasibətləri gərginləşdirmək yolu tutan İran bu siyasətini son zamanlar intensivləşdirib. İranın Azərbaycana qarşı düşmən mövqeyini Vətən müharibəsi dövründə bir daha gördük. İran rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, bir çox vəhşiliklərin törədilməsinə göz yumaraq, hətta kömək edərək Ermənistanın maraqlarını təmin edib.

Elçin İsmayılov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə