Belarus səfirliyi terror hücumu ilə əlaqədar başsağlığı verib

Belarusun ölkəmizdəki səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib. SİA xəbər verir ki, Belarusun ölkəmizdəki səfirliyi bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə və İranda həlak olan əməkdaşın yaxınlarına başsağlığı verir, həmçinin yaralanan şəxslərin tezliklə sağalmasını diləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə