Nəsimi rayonunda səyyar qəbul keçirilib FOTOLAR

Nəsimi rayonunda 2023-cü il yanvar ayının 25-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirilib. Qəbulda RİH başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Cavadxan 68a ünvanda yerləşən 5 saylı tam orta məktəbin zalında sakinlərin müraciətlərini dinləyib. Qəbulda Cavadxan, Alı Mustafayev, Asif Məhərrəmov, Hüseynbala Əliyev, Əlisgəndər İsgəndərov, küçələrinin əhatəsindəki ünvanlarda yaşayan sakinlər iştirak ediblər.

Sakinlərdən Əhmədova Sücaət, Ağayeva Lyudmila, Əliyev Salman, Hüseynova Xuraman, Məmmədov İlham, Səmədov Cavanşir və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən işıqlandırma, dam örtüyünün təmiri, yolun təmiri, ağacın budanması, zibil konteynerlərinin qoyulması, işlə təmin olunma, istilik təhcizatının yaxşılaşdırılması ilə bağlı tədbir görülməsi barədə müraciətlər ediblər.

Sakinlərdən şəhid atası Hüseynzadə Bağı çıxış edərək, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən davamlı diqqət və qayğıya görə, sakinlərin rifahina yönəlmiş həyata keçirilən abadlıq quruculuq və digər sosial yönümlü tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirmiş, görülən işlərin sayəsində yaradılmış abadlığın qorunması üçün sakinlərin də yaxından iştirakının vacibliyini qeyd edib. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verib. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə