YAP Ağdaş rayon təşkilatının yaradılmasının 28-ci ildönümü qeyd olunub FOTOLAR

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzüblər. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının iclas zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov təşkilatın yaradılmasının 28-ci ildönümü münasibətilə partiya fəallarını təbrik edib və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb. Sədr müavini İsa Eminov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatın keçdiyi 28 illik tarixi özündə etiva edən geniş məruzə ilə çıxış edib. Partiya fəallarından – rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Aynur Novruzova, partiya veteranı Qalib Həsənov, Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatının sədri Azad Gözəlov, Güvəkənd ərazi partiya təşkilatının sədri Nizami Nuhov, 18 saylı Yol İstismarı MMC ərazi partiya təşkilatının sədri Nurlan Bəkirov və rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqın etimadını dorğultmuş partiya olduğunu, ulu öndər Heydər Əliyevin siyasi kursunun Partiya sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etidirilərək Azərbaycanın güclü dövlətə çevrildiyini qeyd ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə partiya fəallarından bir qrupuna Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanları, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə