"Bu şəxslərə yarım saat işə gec gəlmək kimi güzəşt olunsun" - DEPUTAT TƏKLİF ETDİ
"Tənha analar var ki, öhdəliklərində əlil və azyaşlı uşaqlar olur. Onların iş saatı ilə bağlı müraciətlər gəlir. Uşaqların məktəb və anaların iş saatı üst-üstə düşür. Burada da xaos yaranır". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.
Onun sözlərinə görə, ana narahat olur ki, həm uşağını məktəbə, həm də özünü işə çatdırmalıdır: "Nəticədə iş yerində ciddi problem yaranır. Çox müraciət olunur ki, bu məsələlər tənzimlənsin. Onlara yarım saat işə gec gəlmək kimi güzəşt olunsun ki, onlar öz uşaqları ilə məşğul olsunlar".
Jalə Əhmədova sözlərinə belə davam edib: "İkinci məsələ autizm uşaqlarla bağlıdır. Onların valideynləri işlə təmin olunmaqda güzəştlər istəyirlər.
Bildiyimiz kimi, indi çoxlu müalicə mərkəzləri açılır. Amma bu məsələlərdə bəzi fəsadlarla üzləşirik. Yaxşı olardı ki, bu məsələ qanunvericilikdə öz əksini tapar və peşəkar xətt olardı. Peşəkarlar bu uşaqların müalicəsi ilə məşğul olsunlar. 2-3 ay kurs keçənlər bu işlə məşğul olurlar və onların bu uşaqlara heç bir xeyri dəymir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB