"Tikilmiş cəzaçəkmə müəssisələri hələ də istifadəyə verilməyib" - NAQİF HƏMZƏYEV
"Vəkillər hələ də PSR test verməklə məhbusların yanına gedir". SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, əgər təyyarədə gedənlər, xəstə yanına gedənlər üçün bu tələb ləğv olunubsa, cəzaçəkmə müəssisələrində də ləğv olunması məqsədəuyğun olar: "Həmçinin, Gəncəbasar zonasında tikilmiş cəzaçəkmə müəssisələri hələ də istifadəyə verilməyib".
Deputat sözlərinə belə davam edib: "Bu müəssisələr tikilib, lakin hələ də istifadə verilməyib. Gəncəbasar zonasında yaşayan sakinlər öz yaxınlarını ziyarət etmək üçün Bakıda olan cəzaçəkmə müəssisələrinə gəlirlər ki, bu da onlar üçün çətinlik yaradır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB