"Hüquq və ədalət arasında incə fərqləri görməliyik" - BƏHRUZ MƏHƏRRƏMOV

"Hüquq və ədalət arasında incə fərqləri görməliyik" - BƏHRUZ MƏHƏRRƏMOV

"Ciddi şəkildə informasiya məcəlləsinə ehtiyac duyuruq. Bu, kommunikasiyanı əhatə edən hər bir sahədə proseslərin çevikləşməsinə yardımçı olacaq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

"Gündəlikdə əsas motiv Qərbi Azərbaycanlıların məsələsi olsun, bu çox vacib məsələdir. Burada hüquq və konvensiyalar danışmalıdır. Aparıcı qüvvə də İnsan hüquqları komitəsi olmalıdır.

Bəhruz Məhərrəmov sözlərinə belə davam edib: "Məhkəmə zalları artıq tamamilə fərqli bir mühitdir. Biz hüquq və ədalət arasında incə fərqləri görməliyik. Bəzən ədalətli hesab etdiyimiz məsələlər hüquqi olmaya bilir. Məsələn, özücəzlandırma və namus məsələləri bura iaddir.

Qanun hər bir hakimə daxili azadlıq verib. Bu mənada məhkəmə məsələlərinə həssas yanaşmalıyıq. Məhkəmə qərarından kimsə narazıdırsa, daha yuxarı orqanlar var. Ora müraciət edə bilərlər. Bunun üçün heç bir əngəl yoxdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə