Avropa Parlamentinin "erməni sevgisi" TƏHLİL

Qərəzli qətnamə Azərbaycan üçün bir kağız parçasıdır

Bəli, yenə də eyni ssenari, eyni istiqamət - Avropa Parlamenti növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirərək, Azərbaycana qarşı tamamilə yalanlardan ibarət növbəti qətnamə qəbul edib. Prezident İlham Əliyev cənablarının söylədiyi kimi, bu mənasız kağız parçaları o qədərdir ki, sayı da yaddan çıxıb. ”Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayını da yaddan çıxarmışam”. Bunu Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Uzun müddət idi ki, Avropa Parlamentindən nümayəndə heyəti gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlmişdir. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə, hətta bir az təəccübləndim. Ola bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır. Lakin əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də, Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”.

Bu sözügedən təşkilatın həqiqətləri görməzdən gələrək ölkəmizə qarşı nə birinci, nə də sonuncudur. Burda yadıma küçə uşaqlarının işlətdiklri söz düşdü: «bez prizovnıy»… Əvvəldən sona qədər yalanlardan ibarət olan kağız parçasında guya ötən ilin sentyabr ayında Azərbaycanın Ermənistana "təcavüz etdiyi" yazılıb. Əslində isə, həmin tarixdə Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, bizə qarşı hücuma keçməyə cəhd göstərmişdi. Nəticədə Azərbaycanın güclü Ordusu növbəti dəfə onları darmadağın edi və bu gün əldə etdiyimiz uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi faktları, real həqiqətləri inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyü 44 gündə 30 ilin işğalına son qoyulması ilə tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atan Avropa Parlamenti «erməni sevgisini» nümayiş etdirmək üçün 18 yanvar tarixində qəbul edilmiş qətnaməsi də buna daha bir sübutdur. Mənasız və qərəzli cəfəng qətnamədə həmçinin, Azərbaycanın Laçın dəhlizini guya "blokadaya alması" pislənilib. Bu fakt da, orada yazılanların necə reallıqdan uzaq olduğunun sübutudur. Çünki yolun bağlı olmadığını bütün dünya görür və bölgəyə gələn xarici nümayəndələr də bunu təsdiqləyir. Eyni zamanda, bu yerdə soruşmaq lazımdır ki, yol necə bağlıdır ki, hər gün oradan onlarla avtomobil bu yoldan keçir?

AVROPA PARLAMENTİ AZƏRBAYCANLA BAĞLI SON QƏRƏZLİ QƏTNAMƏNİ QƏBUL ETMƏKLƏ ÖZ RİYAKARLIĞINI, İKİÜZLÜLÜYÜNÜ BİR DAHA NÜMAYİŞ ETDİRDİ

Çünki bu qətnamə də əvvəlki qətnamələrdən fərqlənmir və qətnamədə əksini tapan fikirlərin tamamilə əsassız ittihamlar və tələblədir. Hamıdan qanun təlb edən bu «qoca təşkilat» niyə özü qanunlara tabe deyil. Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Bu səlahiyyətlər Avropa İttifaqına üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Azərbaycanla bağlı qətnamə qəbul etmək isə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Diqqətə çatdırılıb ki, Avropa Parlamentinin belə addım atması, ümumiyyətlə son illər Avropanın bəzi ölkələrində Azərbaycana qarşı münasibətin dəyişməsi respublikamızın əldə etdiyi böyük nailiyyətlərlə əlaqədar yaranan qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Avropanın ən böyük tədbirləri Azərbaycanda keçirilir. Azərbaycan dünyada görünməməiş qələbəyə – 30 il həsrətə 44 gündə qalib gəlməsi, işğaldan azad olunan torpaqlarda böyük bərpa və quruculuq işlərinin aparılması, özü də öz gücünə, heç kimdən kömək istəmədən. Bu, qısqanclığın, paxıllığın və xüsusilə erməni diasporunun təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, xüsusilə ordumuzun güclənməsindən qorxuya düşən erməni diasporu hərəkətə keçib və qərəzli addımların atılmasında onun böyük rolu var. Avropa 50-60 min qaçqının əlində qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir. Ancaq görün Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli istiqamətində hansı işləri görüb?! Bu sahənin idarə olunması Prezident İlham Əliyev tərəfindən tam təmin edilib. Təsadüfi deyil ki, BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycan Prezidenti tərəfindən bununla bağlı görülən işlərin dünya üçün bir nümunə olduğunu deyir. Bu gün biz Avropada qaçqınlarla nə dərəcədə kobud rəftar edilməsinin şahidi oluruq. Özləri isə insan hüquqlarından, demokratiyadan danışırlar. 30 ildən çoxdur ki, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün hüquqları pozulur. Avropa Parlamenti niyə susur?! Avropa Parlamenti Azərbaycanda konkret cinayət əməllərinə görə qanunvericiliklə mühakimə olunan iki-üç nəfərin hüquqlarının pozulduğunu deyir. Məgər Avropa ölkələrində cinayət törədənlər məhkəmə qanunu ilə mühakimə olunanda onların hüquqları pozulur?! Niyə onlar Avropa ölkələrində polisin insanlara qarşı tətbiq etdiyi zorakılıqdan, Ermənistanda insanlara qarşı həyata keçirilən kütləvi zorakılıqdan danışmırlar?! Budur onların iç üzü. Bu, riyakarlıqdır, ikiüzlülükdür. Azərbaycanda insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının tam təmin olunduğu bir vaxtda reallığı əks etdirməyən belə bir qətnamənin qəbul olunması yolverilməzdir. Bir sözlə, Azərbaycan dövlətinin və xalqının qarşısını belə uydurma qətnamələrlə almaq mümkün deyil.Çünki…

BUNA BİR O QƏDƏR QƏBUL OLUNAN BU QƏRƏZLİ QƏTNAMƏLƏR AZƏRBAYCAN ÜÇÜN KAĞIZ PARÇASINDAN BAŞQA BİR ŞEY DEYİL

Çünki artıq Qarabağ münaqişəsinin iki ildir ki, tarixin arxivinə atıldığı və bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün Cənubi Qafqaz ölkəsi olan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində səylərin göstərildiyi bir zamanda Avropa Parlamentinin belə qərəzli, necə deyərlər, erməni dəyirmanına su tökən qətnamə qəbul etməsi bu qurumun qərəzli niyyətlərində olduğunu bir daha sübut edir. Və Avropa Parlamentinin belə bir mövqeyi nəinki artıq xeyli müddətdir davam edən sülh prosesinə zərbə vurur, həm də işğalçı ölkədə hər vəchlə suyu bulandırmağa çalışan revanşist qüvvələri ruhlandırır. Ancaq Avropa Parlamenti kimi məqsədi, məramı sülhə mane olmaq olan beynəlxalq qurumlar unudurlar ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə ölkəmizə qarşı 30 il sürən bütün qərəzli yanaşmalara son qoydu, Ermənistana və ona havadarlıq edən dövlətlərə, beynəlxalq təşkilatlara tarix, hüquq dərsi keçdi. Və sözügedən biabırçı qətnamədə Azərbaycan Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham etməsi bir daha Avropa Parlamentinin və onun kimi qərəzli mövqedə olan təşkilatların sonu mənasız olduğu kimi, qəbul etdikləri qərəzli qətnamələri də Azərbaycan üçün bir kağız parçasıdır. Bir sözlə, Avropa Parlamentinin bizimlə bu yollarla danışmağının heç bir mənası yoxdur. Onların qəbul etdiyi sənədlər bizim üçün kağız parçasından başqa bir şey deyil. Bizim işimiz haqq işidir. Biz öz mövqelərimizi istənilən səviyyədə müdafiə edirik və Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdəki siyasəti xalq tərəfindən birmənalı olaraq dəstəklənir. Dövlət başçımızın dediyi kimi: «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır». Bu sözlər də Prezident İlham Əliyevin ikili standartlardan yararlananların ədalətə çağırışıdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə