Salonikidə 20 Yanvar şəhidləri anılıb

Salonikidə 20 Yanvar şəhidləri anılıb

Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Qanlı Yanvar faciəsini anım günü tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı, digər millətlərin nümayəndələri və yunanlar da iştirak ediblər.

Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan xalqının tarixinə təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi, milli azadlığın oyanış günü kimi həkk olunduğunu vurğulayıb.

Tədbirdə, həmçinin 20 Yanvar hadisələri barədə sənədli film nümayiş olunub və ehsan süfrəsi ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə