Qarabağ separatçılarının marionet rəhbərliyinin bu gün verdiyi məlumata görə, yanvarın 20-dən etibarən Azərbaycanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi zonasında ərzaq məhsulları artıq pulla satılmayacaq - onları yalnız kuponla əldə etmək olar.
SİA-nın əldə etdiyi məlumata görə, İrəvanın marionetləri tərəfindən yanvarın 17-dən Azərbaycanın Qarabağ iqtisadi rayonunun əhalisinə - düyü, qarabaşaq, makaron, şəkər və günəbaxan yağı üçün çeklər veriləcək.
Qeyd edək ki, bu növbəti erməni bicliyidir. Belə ki, onlar bununla Laçın yolunun Rusiya sülhməramlıları tərəfindən qanunsuz yük daşımaları üçün bağlanması ilə bağlı Qarabağ ermənilərinin “humanitar fəlakət” yaşadığı görüntüsünü yaraemağa hesablanıb.
Xatırladaq ki, bu gün Laçın yolunun fəaliyyəti normallaşıb. Yəni bu yollar yalnız humanitar yüklərin daşınması üçün açıqdır. Amma belə görünür ki, bu erməniləri elə də qane etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB