“Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən sosial islahatlar hər zaman vətəndaşların rifahının qorunmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, elə dövlət başçısının imzaladığı son sərəncam da əhalinin böyük bir qisminin sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurlu davamını təmin edir və növbəti aydan etibarən, vətəndaşlar əməkhaqları və pensiyanı yeni hesablanma ilə əldə edəcəklər: “Nəzərə alsaq ki, bütün bu addımlar pandemiyadan və müharibədən sonra, həmçinin dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir vaxtda atılır, bu, da onu deməyə əsas verirki, Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir”.

Deputat sözlərinə belə davam edib: “İnanıram ki, qarşıdakı illərdə əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək. Azərbaycan sosial - iqtisadi göstəricisinə görə öndə olan qabaqcıl ölkələrdən olacaqdır. Həm ermənilər tərəfindən viran qoyulan Qarabağın bərpası, həm ordu quruculuğuna ayrılan diqqət və qayğı, digər tərəfdəndə əhalini rifahının yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar bunu deməyə əsas verirki, qarşıdakı illərdə daha da güclü və dayanıqlı sosila iqtisadi sistemi olan Azərbaycan görəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə