"Ulu Öndər Azərbaycanı bütün tərəfləri ilə tanıdan ən böyük tarixi şəxsiyyətdir" - DEPUTAT DANIŞDI

"Ulu Öndər Azərbaycanı bütün tərəfləri ilə tanıdan ən böyük tarixi şəxsiyyətdir" - DEPUTAT DANIŞDI

“Bu il Azərbaycanda və bütün dünyada Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi keçiriləcək. Bu eyni zamanda müstəqil Azərbaycanın da yubileyi deməkdir. Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanı bütün tərəfləri ilə tanıdan ən böyük tarixi şəxsiyyətdir. Ulu Öndər Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən bəri, hətta bundan əvvəlki dövrlərdə də hər zaman ürəyi Azərbaycan xalqı ilə döyünüb. Ulu Öndər istənilən sahə üzrə elə bir məsələ, problem olmayıb ki, onunla məşğul olmasın, həll etməsin”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Ümummili Lider dili xalqın mənəviyyatı, düşüncəsi adlandırırdı: “Ədəbiyyat Ulu Öndərin fəaliyyətində hər zaman ön sıralarda olub. O, demək olar ki, bütün yazıçılarla dost olub, klassik yazıçıların hər birinin yubileyini qeyd edib, onlara heykəllər ucaldıb. Ulu Öndər bunları nəinki mümkün olan, hətta mümkün olmayan illərdə də həyata keçirib.

Mədəniyyətin bir çox sahələri üzrə Ulu Öndərin əvəzsiz fəaliyyəti qeyd olunmalıdır. Bu il Ulu Öndərin 100 illik yubileyidir. Biz neçə illərdir ki, artıq Azərbaycan Yazıçılar Birliyində, Ağsaqqallar Şurasında materiallar hazırlayırıq ki, Ulu Öndərin yubileyini lazımi səviyyədə qeyd edə bilək. Nə qədər ki, indiki nəsil, bizlər sağıq Ulu Öndəri hər zaman xatırlayacağıq. Eyni zamanda gələcək nəsillərə də Ulu Öndərin dahi şəxsiyyət olması barədə məlumatlarımızı ötürəcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə