Azərbaycan, Türkiyə və İran Parlament sədrləri görüşəcək

Azərbaycan, Türkiyə və İran Parlament sədrləri görüşəcək

Antalyada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.

İran Parlamentinin sədri Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə Ankaraya səfər edəcəyini bildirib.

Qalibaf qeyd edib ki, Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq. Səfər çərçivəsində eyni zamanda Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə