Ankara Bakını döyüş təyyarələrinin istehsalında iştirak etməyə dəvət edir

Ankara Bakını döyüş təyyarələrinin istehsalında iştirak etməyə dəvət edir

Türkiyə Azərbaycanı öz döyüş təyyarələrinin istehsalında iştirak etməyə dəvət edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir bildirib.

Qeyd edək ki, o, Türkiyənin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində dost və qardaş ölkələrin tərəfdaş iştirakına açıq olduğunu vurğulayıb.

“Biz dost və qardaş ölkələri milli döyüş təyyarəsi layihəsində iştirak etməyə dəvət edirik. Bu ölkələrə İndoneziya, Pakistan, Malayziya və Azərbaycan daxildir”.

Bunu Türkiyə mətbuatı Dəmirin sözlərindən sitat gətirib.

Yeri gəlmişkən, Müdafiə Sənayesi İdarəsinin rəisi belə bir tərəfdaşlığın bütün tərəflərə fayda gətirəcəyini bəyan edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə