Yanvarın 6-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə Naxçıvan Baş Gömrük İdarəsində xidməti müşavirə keçirilib.
SİA APA-ya istinadən xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, görüşdə gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması, gömrük işinin səmərəliliyinin, şəffaflığın, vətəndaş məmnuniyyətinin artırılması, prosedurların rasionallığının təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması, gömrük hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, bilikli kadrların potensialından səmərəli istifadə ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB