İşxan Verdyan: “Erməni xalqı öz tarixində ondan dəyərsiz rəhbər görməyib!” ETİRAF

İşxan Verdyan: “Erməni xalqı öz tarixində ondan dəyərsiz rəhbər görməyib!” ETİRAF

“Günü-gündən Qarabağdakı ermənilərin orada qalmaq şansları sürətlə sıfıra tərəf gedir. Bu, güc yolu ilə köçürülmə olmayacaq, ancaq şəhərin hər addımında Azərbaycan bayrağı dalğalanacaqsa, bütün erməni küçələrinin adları Azərbaycan adları ilə dəyişdiriləcəksə, yol göstəricilərində erməni hərfləri Azərbaycan hərfləri ilə əvəzlənəcəksə və hər şey Azərbaycan dilində olacaqsa – ermənilər öz iradələri ilə orada qalmağı istəməyəcəklər”.

SİA xəbər verir ki, bu sözləri erməni blogeri və ictimai fəalı İşxan Verdyan müsahibələrinin birində deyib. Onun sözlərinə görə, insanlar sadəcə ayağa qalxıb və öz istəkləri ilə gedəcəklər.

Verdyan bu məsələdə Ermənistan hökumətini ittiham edib: “Ermənistan hökuməti məhz buna doğru gətirib-çıxarır. Bütün bunları qəbul etmək və humanitar dialoqa başlamaq yerinə, onlar xarici orduların Azərbaycana daxil olmasına cəhd edirlər. Əgər Qarabağ ermənilərsiz qalacaqsa, bu məsələdə şəxsən Nikol Paşinyan günahkar olacaq. Çünki onun hər şeyi dəyişmək və situasiyanın sükanını öz əllərinə alması şansı var idi, ancaq o bundan istifadə etmədi”.

İşxan Verdyan Nikol Paşinyanın jurnalist olduğunu xatırladaraq bildirib: “Belə bir bədnam jurnalistin idarəçiliyinin nəticəsi Qarabağın ermənilərsiz, Ermənistanın isə dövlətsiz qalmasını qaçılmaz edir. Erməni xalqı öz tarixində ondan dəyərsiz rəhbər görməyib!”, erməni blogeri və ictimai fəalı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə