Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər müzakirə olunub - FOTOLAR
Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər müzakirə olunub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təsdiq edilmiş hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında 2022-ci ilin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.
Qoşun növü tibb xidməti rəisləri, eləcə də tibbi hərbi hissə, müəssisələrin komandir və rəislərinin iştirak etdiyi toplanışda cari ildə Azərbaycan Ordusunda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələr dinlənilib.
Qeyd olunub ki, 2022-ci il ərzində bütün hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı tibb işçiləri tərəfindən lazım olan hər bir tibbi yardım yüksək səviyyədə göstərilib, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilib.
Toplanışda həmçinin hərbi tibb sahəsi üzrə digər mövzulara dair ətraflı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB