HƏM HƏRB MEYDANINDA, HƏM DƏ DANIŞIQLAR MASASINDA – İLHAM ƏLİYEV QƏTİYYƏTİ
Bəşər tarixinin son onillikləri müharibələrlə doludur, lakin heç bir dövlət başçısı bu müharibələr zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Ancaq bir faktı vurğulamaq lazımdır ki, qətiyyətli, nüfuzlu siyasi rəhbərə, dövlət başçısına beynəlxlaq marağın yüksək olması və bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.
Belə bir fikir var: Tarix boyu həmişə belə olub ki, sərkərdəsi güclü olan ordu qalib olub. Eynilə biz bu tarixi canlı olaraq yaşadıq. 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidentimizin savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında, sözün əsl mənasında, siyasi liderlik dərsi keçən Prezident İlham Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.
Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi. Bu Ali Baş Komandanımızın sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Ali Baş Komandan xarici mediada hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edilib. Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.
Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib. İndi isə, artıq izlənilir. Cənab Prezidentin sayəsində. Yəni, məlum faktın özü yetərincə böyük göstəricidir və bu, Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir.
Bir sözlə, dövlət başçısının həm müharibəni gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Azərbaycan Prezidenti aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır. Bu amil demək olar dünyanın bütün aparıcı media orqanları tərəfindən vurğulanır. Xüsusilə də, Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsi də əvəlki müsahibələri kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi beynəlxalq aləmdə böyük əks-səda doğurub. Dövlət başçısı bu müsahibə zamanı bir daha Ermənistana və onu silahlandıranlara növbəti xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.
MƏTBUAT KONFRANSLARI AZƏRBAYCAN PREZİDENTİNİN GÜCLÜ VƏ XARİZMATİK DÖVLƏT BAŞÇISI VƏ QƏTİYYƏTLİ LİDER OLDUĞUNU BİR DAHA GÖSTƏRDİ
Ən qürurverici odur ki, müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında KİV nümayəndələri, eləcə də bütün dünya mətbuatında dövlətimizin başçısının sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırması, sözün həqiqi mənasında, heyrət doğurmuşdu. Dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar da verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.
Belə ki, həmin mətbuat konfransında Böyük Britaniyadan olan müstəqil jurnalistin sözləri də bir daha deyilənlərin göstəricisidir: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.Həmçinin, KGK İdarə Heyətinin sədri Mehmet Ali Dim, Prezidentin 4 saatlıq fasiləsiz konfransla dünya rekordu qırdığını söyləyib: “Mən hələ belə bir səbirli lider görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox şanslıdır. Bu cür təcrübəli və savadlı lider hər ölkədə ola bilməzdi”. Londonda fəaliyyət göstərən jurnalist, KGK baş katibinin müavini Aynur Tattersall isə dünya liderləri ilə görüşməyin ortalama yarım saatdan 1 saata qədər davam etdiyini bildirib: “25 ildir jurnalistəm, dünyanın dörd bir yanında mətbuat konfranslarını izləmişəm. Dünya liderinin hər suala jurnalistin öz dilində bu qədər uzun müddət cavab verdiyini ilk dəfədir görürəm”.
Bax, budur Liderlik! Necə də qürur duymayasan. Güclü ölkənin güclü, qətiyyətli lideri olmaq budur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: «Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Bu uğurlar, əlbəttə ki, bu, son 18 illik prezidentlik fəaliyyəti nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Hər zaman ilklərə imza atan Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı. Bu, Azərbaycan Prezidentinin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Dövlətimizin başçısı bu məsələyə toxunaraq dedi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.
Bir sözlə, həm hərb meydanının, həm də informasiya savaşının sərkərdəsi cənab Ali Baş Komandan ön cəbhədə döyüşən əsgər və zabitlərimizə öz əmrlərini verərək onlardan qələbə qazanmağı tələb etdiyi zamanda, eynilə dünyanın tanınmış KİV-lərinə müsahibə verərkən həm də yerli media nümayəndələrinə informasiya savaşında məğlub olmamaq tələbini göstərməklə bir daha bütün dünya İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu.
Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu, Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB