Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev irsinin layiqli davamçısı” adlı tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Elşad Həsənov, məşhur “91”lərdən biri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Respubliklası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatları- Elnur Allahverdiyev, Səbinə Xasayeva, Üvi Quliyev, Yasamal rayon məhkəməsinin sədri İslam Əliyev, Yasamal rayon prokuroru Elman Süleymanov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Məmməd Əliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayonun fəal gəncləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qurucu Liderdir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, əldə olunan uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Cənab İlham Əliyev isə möhkəm təməl üzərində qurulmuş bu siyasi kursu dövrün yeni çalarları ilə zənginləşdirərək uğurla və layiqincə davam etdirir. Ən nəhayət bu siyasi kurs özünün uğurlu inkişafını 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərlə özünü bir daha təsdiq etdi.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin ideyaları, onun layiqli davamçısı, möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı hər ötən gün inkişaf etdirərək yeni zirvələrə aparır, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır.
Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, müasir dövlətçilik tariximizdə özünəməxsus yeri olan, sözün əsl mənasında böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Heç şübhəsiz, bu gün əldə olunan çoxşaxəli uğurlar, eləcə də, bu uğurların baş tacı olan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb.Çıxış edən Milli Məclisinin deputatı Elnur Allahverdiyev qeyd etdi ki, 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Bu həm də, tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi kimi spesifik xüsusiyyətləri özündə daşıyır. Cənab Prezident İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb.Tədbirin sonunda Partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətə görə fəxri fərman və Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.Tədbirə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti tərəfindən hazırlanmış bədii kompozisiyanın təqdim edilməsi ilə yekun vurulub.
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB