Prezidentin Naxçıvana təyin etdiyi xüsusi nümayəndə kimdir?

Prezidentin Naxçıvana təyin etdiyi xüsusi nümayəndə kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Fuad Vahid oğlu Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.

SİA xəbər verir ki, Fuad Nəcəfli Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurasının üzvlərindən biri olub.

O, həmçinin PAŞA Holdinq MMC-nin əməkdaşı olub.

Hələlik açıq mənbələrdə onun haqqında geniş məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə