Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev gözlənilmədən Çinə səfər edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Medvedev sosial şəbəkədə paylaşdığı videoda səfər zamanı Çin prezidenti Si Cinpinlə görüşdüyünü açıqlayıb. Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev “Rusiya və Çin arasında strateji tərəfdaşlıq, iki ölkə arasında əməkdaşlıq və Ukrayna böhranını müzakirə etdiklərini” bildirib. Daha əvvəl elan olunmamış səfər Rusiya və Çin donanmaları arasında Sakit okeanda “Dəniz əməkdaşlığı 2022” təliminin başlaması ilə eyni vaxta təsadüf edib. Medvedevin görüşdə “Ukrayna böhranı müzakirə olunub” açıqlaması Rusiyanın fevral ayında hərbi əməliyyatları ilə başlayan böhranla bağlı Çinin mövqeyinin necə inkişaf edəcəyi suallarını gündəmə gətirir. Çin Ukrayna böhranı başlayandan bəri Rusiyaya qarşı “işğal”, “hücum” sözlərindən və “qınama” mənasını daşıyan ifadələrdən çəkinmiş, BMT Baş Assambleyasının qınama qərarından isə bitərəf qalmışdır.
Rusiya prezidenti Vladimir Putinin iştirak etmədiyi İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısının yekun bəyannaməsində Çin lideri Ukrayna müharibəsində nüvə silahından istifadə təhlükəsinə qarşı ortaq mövqeyə imza atmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB