Vasif Talıbov istefa verib - Onu bu şəxs əvəz edəcək

Vasif Talıbov istefa verib - Onu bu şəxs əvəz edəcək

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. SİA-nın məlumatına görə, o, bu barədə qərarını Ali Məclisin bu gün keçirilən növbədənkənar iclasında açıqlayıb.

Məlumatda həmçinin qeyd olunur ki, onun vəzifələrinin müvəqqəti icrası birinci müavini Azər Zeynalova tapşırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, Azər Zeynalovun 52 yaşı var. O, 2005-ci ildən Ali Məclisin deputatıdır. 10 saylı Şərur seçki dairəsindən deputat olan Zeynalov 2015-ci ildən sədrin I müavinidir. Vasif Talıbov 1995-ci ilin dekabrın 16-dan bu günə qədər, yəni 27 il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Azər Zeynalov

Bütün xəbərlər Facebook səhifəmizdə