Hulusi Akar və Zakir Həsənov Kayseridə Ukraynadan qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb - FOTO

Hulusi Akar və Zakir Həsənov Kayseridə Ukraynadan qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar 10 aydır Ukraynada qalan və ötən gün Kayseriyə qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında qeyd edilib.

Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 20-də Türkiyəyə səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə