Zəngəzur dəhlizi – Türk dünyasının yeni doğan ulduzu! ŞƏRH+AKTUAL
“Anadolu” agentliyinin beynəlxalq əlaqələr üzrə eksperti Ayşegül Ketenci: “Zəngəzur dəhlizinin realizəsi Xəzər üzərindən yeni marşrutun yaradılmasına şərait yaradacaq ki, bu da Türkiyənin Mərkəzi Asiya ölkələri ilə yük daşınmalarının daha sürətli təmin olunmasına imkan verəcək”
Naxçıvan Muxtar Vilayətini Azərbaycanın şərq rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi nəinki Cənubi Qafqazın inkişafına mühüm səmərələr verə, həm də Türk dünyasında ticari, logistik və siyasi əlaqələri möhkəmləndirə bilər. SİA xəbər verir ki, bu fikirləri “Anadolu” agentliyinin beynəlxalq əlaqələr üzrə eksperti Ayşegül Ketenci bölüşüb.
O, qeyd edib ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi regionda güc balansını tamamilə dəyişdi, Cənubi Qafqazda uzunmüddətli sülh və tərəqqi yolunu açdı. Ermənistanla Azərbaycan arasında müharibənin başa çatmasına imkan verən üçtərəfli bəyanat həm də erməni silahlılarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını və regionda nəqliyyat rabitəsinin bərpasını əks etdirirdi.
.jpg)
“Nəqliyyat rabitəsinin bərpa olunması, həmçinin yenilərinin yaradılması uzun və sadə olmayan prosesdir. Bununla yanaşı, Zəngəzur dəhlizinin realizəsi Xəzər üzərindən yeni marşrutun yaradılmasına şərait yaradacaq ki, bu da Türkiyənin Mərkəzi Asiya ölkələri ilə yük daşınmalarının daha sürətli təmin olunmasına imkan verəcək”, deyə ekspert fikirlərini bölüşərkən bildirib.
“İran mövcud vəziyyətdə Zəngəzur dəhlizi ideyasına sərhədlərin bağlanması və geostrateji zərər qismində görür”
Ketenci qeyd edib ki, Zəngəzur dəhlizi təşəbbüsü İran, Ermənistan, Azərbaycan, Rusiya və Türkiyə də daxil olmaqla bir çox ölkələrin maraqlarına cavab verir. Onun sözlərinə görə, gər şeyə rəğmən, İran özünü regional güc səviyyəsində görərkən Azərbaycanın, o cümlədən, İslam Respublikasında yaşayan azərbaycanlıların artan təsirindən ehtiyat edir. Belə ki, Tehran Zəngəzur dəhlizinin İranın Ermənistanla əlaqələrinin “qarşısını alacağını, İslam Respublikasının Qara dənizə çıxışına mane olacağını” ehtimal edir: “Bu baxımdan, İran mövcud vəziyyətdə Zəngəzur dəhlizi ideyasına sərhədlərin bağlanması və geostrateji zərər qismində görür. Qara dənizə və Rusiya Federasiyasına gedən yolun qarşısının alınması Tehran tərəfindən onun Qafqaza təsiri faktorunun aşağı düşməsi və ölkə olaraq “Bir kəmər, bir yol” layihəsi çərçivəsindəki rolunun itirilməsi kimi qiymətləndirilir.
“Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya təmin edəcək və bu da Moskvanın xeyrinə olan daha bir imkandır”
Onun sözlərinə görə, müvafiq aqrumentlərdən başqa, İranın Zəngəzur dəhlizi ilə bağlı ehtiyat etmə səbəblərinin əsasında Azərbaycanın və Türkiyənin regiondakı fəallığı da dayanır. Azərbaycan və Türkiyə İkinci Qarabağ müharibəsi zamanı regionda öz güclərini nümayiş etdirdilər. Yuxarıda qeyd edilən faktorlarla yanaşı, İranı Türkiyə ilə Azərbaycanın güclənməsi sayəsində Tehrana zərər vurması faktoru da narahat edir.
Beynəlxalq əlaqələr üzrə ekspert onu da qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cü bəndinə görə Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya təmin edəcək və bu da Moskvanın xeyrinə olan daha bir imkandır.
“Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, Zəngəzur dəhlizi region ölkələrinin gündəliyində qalmaqda davam edir. Bu nəqliyyat arteriyası Türk dünyasının yeni doğan ulduzu ola bilər. Lakin bu potensialın əldə edilməsi üçün çoxtərəfli əməkdaşlıqla yanaşı, uzunmüddətli fundamentin təmin edilməsini də inkişaf etdirmək lazımdır”, deyə Ayşegül Ketenci öz fikirlərində vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB