Hər şeydən əvvəl onu deməliyəm ki,uzun illərin həsrəti başa çatdı.Azərbaycan xalqı gözlədiyi tarixi an baş verdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altinda şanlı ordumuz ,qəhrəman oğullarımızın rəşadəti sayəsində azad olundu.İndi isə qarşıda duran vəzifə işğaldan azad olan torpaqlarımıza sahib olmaq,məskunlaşmaq,müvafiq infrastrukturun yaradılmasıdır. Bu münasibətlə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.Bu proqramı həyata keçirərkən BMT nin və digər beynəlxalq təşkilatların təcrübə və tövsiyələri nəzərə alinmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılmışdır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasındahəyata kecirilməsi nəzərdə tutulub.Azad edilmiş ərazilərin yenidən mənimsənilməsi üçün önəmli işlərdən biri təhlükəsizlik məsələləridir.Azad edilmiş ərazilərin minalardan təmizlənməsi,dayanıqlı inkişaf üçün şəraitin yaradılması xüsusi önəm daşayir. Qeyd etmək lazımdır ki,2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
Hazirda enerji infrastrukturun bərpası, layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Dövlət sərhədlərinin toxunulması, Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, planlaşdırılır.
Tarixi abidələrin qorunması, inventarlaşdırılması sahəsində də mühüm işlərin görülməsi planlaşdırılır. Əsas vəzifələrdən biri də vətəndaşların məşğulluq məsələsidir. Əmək bazarının genişlənməsi qarşıda duran vəzifələrdən biridir. İşğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafini təmin etmək üçün ərazilərin özü özünü təmin edən iqtisadi zonalara çevrilməsidir.
Xalqımız dərin inam hissi ifadə edir ki, tezliklə Böyük Qayldış intensivləşəcək, uzun həsrətə son qoyulacaq, tezliklə respubliamız dünyanın ən inkişaf edən ölkələrindən birinə çevriləcəkdir.
Elçin Əliyev
Xəzər rayonu, 26 № tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB