Lerikdə şəhid -Mayor Ramil Ağayevin 38-ci doğum günü qeyd edilib FOTOLAR

Lerikdə şəhid -Mayor Ramil Ağayevin 38-ci doğum günü qeyd edilib FOTOLAR

Bu gün Lerik rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olan Mayor Ağayev Ramil Mərdan oğlunun 38-ci doğum günü qeyd edilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, idarə və müəssisə rəhbərləri, şəhid valideynləri, qazilər, şəhidin ailə üzvləri, dostları, döyüşçü və hərbçi yoldaşları iştirak ediblər. Şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, məzarı ziyarət olunub,əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib. Xatırladaq ki, Ağayev Ramil Mərdan oğlu 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhramancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə