"Süni mayalanma İcbari Tibbi Sığortaya aid edilməlidir" - QƏNİRƏ PAŞAYEVA
"Cinsi seçim getdikcə daha da artır. İlləri müqayisə etsək, bunun 2020-ci illə müqayisədə 2021-də daha da artdığını müşahidə edirik. Buna qarşı atılan addımlara baxmayaraq vəziyyət günü-gündən gərginləşir. Cinsi seçimin davam etməsi gələcək üçün ciddi təhdid yaradır. Belə ki, 100 qıza 155 oğlan düşərsə, bu, gələcək üçün ciddi problemdir. Mən düşünürəm ki, bu mövzuda maarifləndirməni daha da artırmalıyıq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qənirə Paşayeva deyib.
Deputat sözlərinə belə davam edib: "İkinci vacib mövzu budur ki, mən çox məmnun oldum ki, Daxili İşlər və Prokurorluq orqanlarında qadınların sayı artır. Bəs, niyə digər nazirliklərdə və dövlət qurumlarında qadınların sayı azdır? Bunun obyektiv səbəbləri ola bilməz. Düşünürəm ki, bu qurumlarla bağlı ciddi çağırış etmək lazımdır. Bu, cənab Prezidentin apardığı siyasətə uyğun addım deyil".
Qənirə Paşayeva bildirib ki, qadınların məişət problemlərindən biri də uzun illər övlad sahibi olmamaqla bağlıdır: "Ailələrdə imkan az olunca, qadınlar müalicə oluna bilmir. Çünki süni mayalanma İcbari Tibbi Sığortaya aid deyil. Mən bu mövzularla bağlı şəxsən Səhiyyə nazirinin qəbuluna getmişəm. Çox vacibdir ki, süni mayalanma əməliyyatları İcbari Tibbi Sığortaya aid olsun. Türkiyədə bu barədə insanlara iki dəfə şans verilir. Üçüncü dəfə isə yarı qiymətə şans verilir. Bu ciddi bir ailə problemidir və bu mövzulara baxılmalıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB