Ukrayna ordusunun keçən ay ruslardan geri aldığı Xersonda iki gündür davam edən rus hücumlarında 2 nəfərin öldüyü açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukrayna rəsmiləri “ağır bombardmana” məruz qaldıqlarını və şəhərin liman hissəsində infrastrukturu hədəf alan hücumlar nəticəsində bütün şəhərin işıqsız qaldığını bildirib. Ukrayna mediası tibbi yardım mərkəzinə edilən hücumda 32 yaşlı tibb işçisinin və 70 yaşlı bir insanın öldüyünü bildirib. Bundan əlavə olaraq şəhər administrasiyasının binası da bombardmanda hədəfə alınıb və binaya maddi ziyan dəyib.
Rus ordusunun Xersondan çıxarılması Rusiyanın fevral ayında başlayan işğalda ən böyük geri çəkilmələrindən biri idi.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB