“Volkov vaxt qazanmağa çalışır” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Andrey Volkovun Azərbaycan ictimaiyyətinin qarşısına çıxmamasının səbəbi onun haqlı tələblər qarşısında real tədbirlər görməli olduğu ilə bağlıdır. Çünki Qarabağ iqtisadi zonasında baş verən qanunsuzluqlara görə birbaşa məsuliyyəti Rusiya sülhməramlı kontingenti və onun rəhbəri Volkov daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O, sözlərinə belə davam edib: “Digər tərəfdən mən belə düşünürəm ki, Volkov vaxt qazanmağa çalışır və bu müddət ərzində yol verdiyi nöqsanların aradan qaldırılması üçün hansısa tədbirlər də görə bilər.
Azərbaycanın əlində kosmik çəkilişlər üzərindən orada baş verən vandallıq aktları ilə bağlı görüntülər var, lakin əgər Azərbaycanlı nümayəndələr daxil olsalar, orada daha çox pozuntuları öz gözləri ilə aşkar edəcəklər.
İndi Volkov ciddi bir seçim qarşısındadır, onun üzərində iki böyük öhdəlik var ki, bu Azərbaycanlı etirazçıların əraziyə girişini və bu prosesin təhlükəsizliyini təmin etməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB