Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir - FOTOLAR

Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir - FOTOLAR

Hazırda QHT-ləri təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyası keçirir. SİA xəbər verir ki, onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirir.

Bildirək ki, ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısını rus sülhməramlıları almaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə