YAP İmişli Rayon Təşkilatı Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR

YAP İmişli Rayon Təşkilatı Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR

2003-cü ilin 12 dekabr tarixi Azərbaycan xalqının hüznlü günlərindən biri olmuşdur. Ona görə ki, azadlıq, müstəqillik xoşbəxtliyini xalqına bəxş etmiş dahi bir insanı son mənzilə yola salmaq, öz oğlunu sevən bir xalq üçün asan deyildi. SİA xəbər verir ki, bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür.

Azərbaycanda, istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir. 12 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının "Energetik-1" ərazi partiya təşkilatının üzvləri xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə təzə-tər qərənfillər düzərək, abidəsi önündə ehtiramla baş əyərək, Onun əziz xatirəsini dərin hörmətlə yad etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə