İsveç və Finlandiya Türkiyədən yaşıl işıq gözləyir

İsveç və Finlandiya Türkiyədən yaşıl işıq gözləyir

Türkiyənin NATO-ya üzv olmaq üçün rəsmi təsdiqini gözləyən İsveç və Finlandiya “Ankaranın istəklərini böyük ölçüdə yerinə yetirdiklərini” bəyan edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Antoni Blinken və onun isveçli və finlandiyalı həmkarları Vaşinqtonda birgə mətbuat konfransı keçirib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İsveç və Finlandiyanın fevral ayına qədər NATO-ya üzv olacağına ümid etdiyini bildirib. “Mən əminəm ki, NATO tezliklə Finlandiya və İsveçi rəsmən üzv qəbul edəcək”, - Blinken bildirib.

“Hər iki ölkə öz öhdəliklərini yerinə yetirmək üçün mühüm konkret addımlar atıb, o cümlədən müttəfiqimiz Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı”, - ABŞ dövlət katibi deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə