Ulu öndərin anım günü ilə əlaqədar Ağdaşda dəyirmi masa keçirilib FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Telekommunikasiya qovşağı ərazi partiya təşkilatında “Heydər Əliyev və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. Partiya fəalları əvvələcə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri Telekommunikasiya qovşağı ərazi partiya təşkilatın sədri Şahid İbrahimov açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb.“Aztelekom” MMC Aran Regional Filialının müdiri Rasim Ağayev çıxış edərək böyük siyasətçi, ulu öndər Heydər Əliyevin ölkəmizdə rabitə və telekommunikasiya sahəsində gördüyü çoxsaylı işlərdən danışıb və hər iki sahənin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov ölkəmizdə hər bir sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu qeyd edərək dahi şəxsiyyətin xalqımız və müstəqil Azərbaycan naminə gördüyü tarixi işlərdən bəhs edib.Daha sonra partiya fəallarından Raisə Şərifova, Müjgan Əliyeva, Çiçək Sadıqova, Əli Səmədov, Möhübbət Mustafayev çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz işlər görüb. Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada yüksək nüfiz sahibi olan ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə