Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əməyinin bəhrəsidir ŞƏRH

Analar şəxsiyyətlər dünyaya gətirir. Şəxsiyyətlər isə tarix yaradır, tarix yazırlar. Belə yeni tarix yaradan şəxsiyyətlərdən biri də xalqımızın qismətinə düşən Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Lider Heydər Əliyev tək Azərbaycan xalqının deyil, bəşəriyyətin tarixində böyük rol oynamış bir şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının milli dirçəlişinə, öz hüquqlarının bərpa olunmasına, müstəqil, güclü, dünya birliyində nüfuz qazanmış bir Azərbaycan dövlətinin yaranmasına gətirib çıxardı. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən geridə qalmış bir respublikanı SSRİ-nin inkişaf etmiş bir respublikasına çevirmişdir. Tarix geri dönmür, ancaq təkrar olunur. XX əsrin sonunda SSRİ-nin dağılmasının nəticəsi olaraq, digər müttəfiq respublikalarla yanaşı Azərbaycan da öz müstəqilliyini elan etdi:

1991-ci il oktyabrın 18-də “Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə müstəqilliyimiz elan olundu. Bu aktla Azərbaycan xalqı imperiya zəncirindən rəsmən azad olsa da və ürəyində həmişə yaşatdığı, həsrətini çəkdiyi azadlıq ideyalarına qovuşsa da dövlət müstəqilliyinin qorunub saxlanılması dahi rəhbərimiz Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşmışdır. Belə ki, 1991-1992-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkəmizdə yaranmış vəziyyət, müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq əvəzinə milli maraqları şəxsi mənafeyə qurban verərək, cinayətkarcasına səhlənkarlıq nümayiş etdirərək, fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıtdılar. Anarxiya və hər cür qanunsuzluqlar dövri hesab edilən 1991-1993-cü illər ərzində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrə məruz qaldı. 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanda 10 il hakimiyyətdə oldu. Bu 10 il, güclü, müstəqil Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu bir dövr oldu, Azərbaycan tarixində yeni bir səhifə açdı, Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğu başladı. Azərbaycan sürətlə beynəlxalq birliyə inteqrasiya olmağa başladı. Ümummilli lider Heydər Əliyev demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və uğurlarımı təmin edib.”

Ümummilli Lider Heydər Əliyev hər kəsə Azərbaycanı sevmək yolunu öyrətdi, Azərbaycanın gələcək inkişafagedəcəyi yolu göstərdi. Bu yol indi Ulu Öndərin siyasi varisi hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2003-cü ildə hakimiyyətə gələn cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə Azərbaycanın qüdrətini daha da artırır. Bu gün Azərbaycan dünyanın nüfuzlu ölkələrindən biridir. Heydər Əliyev fenomeni bu gün hər bir azərbaycanlı üçün mənəvi xəzinədir. Heydər Əliyevin həyat və fəaliyyətini öyrəndikdə görürük ki Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin tarixində əvəzolunmaz, misilsiz xidmətləri var. Xalqını, vətənini hədsiz sevən dahi lider Heydər Əliyev milli dövlətçiliyimizin, azərbaycançılıq idealogiyasının əsasını qoyub. Azərbaycan bu gün hər sahədə uğurlar qazanır, nailiyyətlər əldə edir. Bütün bunlar Heydər Əliyev siyasətinin doğru, düzgün olmasını göstərir, onun nəticəsidir. Heydər Əliyevin siyasi irsi bu gün dünyanın müxtəlif regionlarında öyrənilir. Heydər Əliyev işlədiyi dövrlərdə xalqını çox savib; bütün həyatını xalqına xidmətə həsr edib. Azərbaycanımızın bütün bəlalardan qurtarılmasına səbəb ancaq Ulu Öndər Heydər Əliyevin liderlik qabiliyyəti, liderlik bacarığı hesabına olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Xalqın səsini eşidərək hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyini qorudu. Ulu Öndərin uzaqgörən siyasəti hesabına Azərbaycan müstəqil oldu, Azərbaycanı dünyada tanıtdı. Daim cəmiyyətin milli-mənəvi zənginliyinin artmasına kömək etdi. Ona görə də bu gün Heydər Əliyevin adı dünyanın ən böyük islahatçılarının, ən böyük uğur qazanan insanlarının adı ilə yanaşı çəkilir.

Ölkəmiz, doğma Azərbaycanımız öz inkişaf yolunu tapıb. Zəfər sevincini bizə yaşadan Ali Baş Komandan Cənab Prezidentimiz İlham Əliyev bu gün Heydər Əliyev irsinə söykənir. Bu siyasət dəyişən dünyada Azərbaycan maraqlarının qorunmasına və dünyada layiqli yerimizin tutulmasına yönəlib. Heydər Əliyev irsi böyük bir dəryadır. Onun öyrənilməsinə çox böyük ehtiyac vardır. Ümummilli Lider Heydər Əliyevin irsi həmişə dəyişən zamanın tələblərinə cavab verəcək. Ulu Öndər Heydər Əliyev aramızda olmasa da, Onun fikirlərinə həmişə böyük ehtiyacımız var. Onun fikirləri həmişə köməyimizə çatır.

Ulu Tanrı xalqımızı, gənc dövlətimizi xilas etmək missiyasını yerinə yetirə biləcək şəxsiyyəti- Ümummilli Lider Heydər Əliyevi bizlərə yetirdi. Heydər Əliyevin ən çətin şəraitdə düzgün qərar qəbul etmə bacarığı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq müstəqil dövlətçiliyini qoruyub saxlaya bildi. Möhtərəm Prezident İlham Əliyev : “Heydər Əliyev dahi şəxsiyyətdirböyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.” Bu gün böyük fəxrlə söyləyə bilərik ki, Ulu Öndərin irsi və ideyalarına əsaslanan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı və dinamik inkişaf edən müstəqil Azərbaycan Dövləti Ümummilli Lider Heydər Əliyevin əməyinin nəticəsidir.Yaşasın daha da inkişaf edən Müstəqil Azərbaycan Dövləti!

Qurbanov Sultanəli Şükür oğlu

YAP Səbail ƏPT-nın sədri,

Fizika üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə