Ermənistanda QORXU, FOBİYA - TƏHLİL

Ermənistan tərəfi haqsız və əsassız olaraq Azərbaycanın guya təcavüzkar olması barədə fikir formalaşdırmağa nə qədər cəhd etsə də, çalışsa da, Fransa kimi ikiüzlü siyasət yürüdən ölkədən başqa heç bir dövlət, ümumiyyətlə, dünya bunu qəbul etmir, buna inanmır və bu da erməniləri bərk qıcıqlandırır. Artıq ermənilər bu reallıqla barışmaq məcbuyyətindədirlər ki, bütün dünya Azərbaycanı sülhsüevər ölkə, regionda təhlükəsizliyin təminatçısı kimi tanıyır və hansısa ermənipərəst qüvvələrin ölkəmiz əleyhinə istənilən anti-təbliğatı fiaskoya uğramağa məhkümdür.

Bilirik ki, ABŞ-da səfərdə olan müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin birinci müavini Admiral Kristofer Qredi ilə görüşü zamanı Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Hadisələrin belə inkişaf etməsi təbii ki, həm sevindirici, həm də qürurvericidir, çünki bu, Azərbaycanın istənilən istiqamətdə uğurları, ələlxüsus diplomatik qələbələri sayəsindədir. Təsadüfi deyil ki, bizim bu qələbələrimiz, bu uğurlarımız, ölkəmizin nüfuzunun durmadan, özü də dinamik şəkildə artması düşmənlərimizin yuxusunu ərşə çəkir və erməni mətbuatını izləyərkən bunun şahidi oluruq. Şahidi oluruq ki, ermənilər Azərbaycanın uğurlarından çox qıcıqlanırlar və hətta, ölkəmizi müdafiə edən, bizimlə əlaqələrə üstünlük verən həmin o demokratik dövlət adlandırdıqları ölkələri belə hədəfə almaqdan çəkinmirlər. Təbii ki, bu, erməni xislətidir və belə bir fobiya haylar üçün yenilik deyil və lap əvvəldən bizə qarşı paxıllıqları da, bizim gücümüzüb artmasından qorxduqları da hər kəsə bəllidir.

Xatırladığımız kimi, bir qədər əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid artıq dünyanın istənilən ölkəsində demokratiya tərəfdarı olması nöqteyi-nəzərindən bir sıra açıqlamalar da vermişdi və Azadlığa Dəstək Aktının 907-ci maddəsi ilə bağlı senatorların suallarını cavablandırarkən, Azərbaycana yardımın ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu da bəyan etmişdi. O, açıq şəkildə bildirmişdi ki, Azərbaycana yardım sərhəd təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Məsələ burasındadır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu fikirləri səsləndirən zamandan indiyə qədər erməni cəmiyyəti onu da hədəfə alıb və özünə düşmən bəlləyib. Deməli, Azərbaycanın uğuru, ölkəmizin tarixi ədaləti bərpa etməsi, eləcə də dünya ölkələrinin, ələlxüsus ABŞ kimi bir ölkənin nüfuzlu şəxslərinin bizimlə münasibətlərə üstünlük verməsi, ölkəmizin mövqeyini dəstəkləməsi ermənilərin və ermənipərəstlərin kürkünə birə salıb. Hətta işğalçı ölkənin mətbuat səhifələrində yazılanlara görə, ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya tədarükündən asılılığını azaltmağa kömək edəcək. Qeyd olunur ki, bunu da bu yaxınlarda ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən həmin Karen Donfrid deyib və bu deyilənlər də erməni cəmiyyətində rezonans doğurub. Səbəb də gün kimi aydındır. Səbəb odur ki, Azərbaycanı düşmən ölkə hesab edən ermənilər ölkəmizin uğurlarına görə yuxularını qaçırıblar, çünki bizim nüfuzumuzun artması, haqlı olduğunuzun qəbul edilməsi, bizimlə əməkdaşlığa, hətta tərəfdaşlığa üstünlük verilməsi erməni yalanlarının nəinki ayaq tutub yeriməsinin qarşısını almaqdadır, hətta onların uydurduqları miflərin puça çıxması deməkdir. “Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq və biz görürük ki, Rusiyadan həddindən artıq asılı olan bütün ölkələr təchizat baxımından başqa mənbələr axtarırlar. Elə bu kontekstdə də Azərbaycan mühüm rol oynayır və düşünürəm ki, çox mühüm rol oynamaqda da davam edəcək. Biz enerji ehtiyatlarının Rusiyadan tədarük edilməsindən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcmində artım müşahidə etdik”, deyə Donfrid bildirib, hansıki bununla bəlli olur ki, ölkəmizə maraq artıq böyüyüb və bizimlə əməkdaşlıq ABŞ kimi bir ölkəni də qane edir. Bu fakt isə erməni cəmiyyəti üçün daha bir zərbədir, çünki ölkəmizin qüdrətinin günü-gündən artması düşmənlərimizin bizə qarşı əl-qolunun bağlanması deməkdir, hansıki bunu ən böyük məyusluqla seyr edən, qəbul edən də ermənilər, ermənipərəstlərdir. Eyni zamanda bu fakt həm də ondan xəbər verir ki, Ermənistanın qondarma, dırnaqarası “demokratiyası” da artıq qəbul olunmur, buna getdikcə az sayda inananlar da tapılmayacaq. Bu reallığı hətta erməni mediası açıq şəkildə etiraf da edir.

Hazırda Ermənistanda bir müharibə qorxusu var. Əslində bu qorxunun əsası da az deyil və etiraf etmək lazımdır ki, mövcudluqları dövründə ermənilərin bu qorxu hissindən başqa bir dənə də doğru hisləri olmayıb. Ermənilər rəsmi Bakının daha çox təhdid xarakterli bəyanatlar verdiyi qənaətindədirlər, hansıki bu onların qorxularının, İrəvanda olan fobiyanın əlaməti kimi başa düşülür, halbuki, Azərbaycan doğru yolu göstərir, ədalətli, beynəlxalq hüquqa uyğun təkliflər irəli sürür və əks halda nə ilə nəticələnəcəyini də bildirir. Bir çox siyasətçilərimizin, hərbi ekspertlərimizin, politoloqlarımızın Azərbaycanın yeni hərbi əməliyyatlar apara biləcəyi barədə proqnozlar vermələri belə erməniləri qorxudur və nəzərə alsaq ki, növbəti müharibə artıq Ermənistanın tamamilə süqutu deməkdir, deməli, bu qorxu başadüşüləndir.

Məsələ burasındadır ki, Azərbaycanın bu ədalətli, haqlı, beynəlxalq hüququn norma və prinsplərinə uyğun olan təkliflərinə ABŞ tərəfindən əks reaksiya verilməməsi erməniləri narahat edir və başa düşülməyən də məhz budur. Başa düşülməyən odur ki, niyə ermənilər hesab edirlər ki, ABŞ tam ədalətli mövqe sərgiləyən bir ölkəyə qarşı çıxmalıdır? Yaxud, NATO günləri çərçivəsində Azərbaycanda səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının nümayəndələrinin ötən həftə N saylı hərbi hissədə olmaları niyə ermənilərdə qıcıq doğurmalıdır? Ümumiyyətlə, Alyansın Azərbaycana yalnız təşəkkürünü bildirməsi niyə ermənilərin başlarına daş olub düşüb? Avropa İttifaqının da məhz Azərbaycanın mövqeyini, özü də haqlı mövqeyini dəstəkləməsini erməni cəmiyyəti həzm edə bilmir. Səbəb elə əvvəldən də bəlli idi və bu da ondan ibarətdir ki, Azərbaycanın uğurlarını, haqlı olduğunu, regionda təhlükəsizliyin təminatçısı olduğunu bütün dünyanın qəbul etməsi hər zaman olduğu kimi, yenə də, yumşaq şəkildə desək, ermənilərin əhvalını pozur.

Bir sözlə, uğurlarımız düşmənlərimizin yuxusunu ərşə çəkib. Əldə etdiyimiz uğurlu nəticələriniz, 44 günlük muharibənin məntiqi nəticəsi olaraq əldə etdiyimiz Zəfərin ardınca da diplomatik qələbələrimiz, ölkəmizin qüdrətinin, eləcə də dünyada nüfuzunun artması, dünyanın ən qabaqcıl ölkələrinin Azərbaycanı hər istiqamətdə, xüsusən də əməkdaşlıqda dəyərləndirməsi ermənilərin, ermənipərəstlərin canına bir dərd olub. Görünür, ölkəmizin düşmənlərinin dərdi daha da artacaq, çünki Azərbaycanın uğurları, istənilən rakursda, istənilən prizmada qələbələri hələ bundan sonra da davam edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə