Ərəb Birliyindən reaksiya gəldi

Ərəb Birliyi İsrailin işğal altındakı İordan çayının qərb sahilinin bəzi şəhərlərində gərginliyi artırmaq üçün atdığı addımları pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən İsrail qüvvələrinin hücumlarında 5 fələstinlinin şəhid olduğu xatırladılıb. İlin əvvəlindən zorakılığın artdığına diqqət çəkilərək, İsrailin qanun pozuntularının qarşısı alınmazsa, bölgədəki vəziyyətin "partlayacağı" qeyd edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə