Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

Laçın rayonu Azərbaycanın cənub qərbində dağlıq ərazidə yerləşir. Şimaldan - Kəlbəcər; şərqdə - Xocalı, Şuşa və Xocavənd; cənubdan – Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir.

Laçın rayonu 18 may 1992 – ci ildə işğal olunmuşdur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi rayona Laçın dəhlizi vasitəsilə daxil olmuşdur. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayonumuz idi və bu rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.

Laçın rayonunun işğalının fəsadları çox ağır olmuşdur. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi , demokratik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər baş vermişdir. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyulmuşdur. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb ediridi. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir.

Nəhayət ki, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi.

Prezident İlham Əliyev : “Mən həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.Hər kəs mövcud realllıqla barışmalıdır” demişdir.

Azərbaycan xalqı özü üçün beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

Prezidentimiz İlham Əliyev demişdir : Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Aytəkin Hacızadə

YAP Yasamal rayon təşkilatının “A.M.Şərifzadə küç.762 (Akademik M.Ə.Mirqasımov adına RKX- sı Publik Hüquqi Şəxs) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə