Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi, rayonun Alpan kəndindən olan Murtuzov Mehdi Muxtar oğlunun şəhidlik zirvəsinə ucalmasının 2-ci ildönümü ilə əlaqədar məzarını, ailəsini ziyarət etmişlər. Görüşdə Mehdi Murtuzovun şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından söhbət açılaraq, qayğı və problemləri dinlənilib. Sədr dövlətimizin şəhid ailələrinə və qazilərə həssas münasibətindan söz açaraq, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim bu kateqoriyadan olan ailələrə doğma münasibət bəslədiyini bildirmişdir.Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.Qeyd edək ki, Mehdi Murtuzov Murovdağ, Kəlbəcər-Ağdağ istiqamətlərində gedən döyüşlərdə mərdlik, şücaət göstərmiş və 2020-ci il oktyabrın 2-də şəhidlik zirvəsinə ucalmışdır. Lakin onun nəşini döyüş bölgəsindən çıxarmaq mümkün olmamış və itkin düşməsi barədə məlumat verilmişdir. Bir müddətdən sonra döyüş yoldaşları Mehdinin nəşinin yerini aşkarlamış və 2020-ci il noyabrın 23-də götürməyə nail olmuşlar. Mehdi şəhadətindən 52 gün sonra – noyabrın 24-ü doğma Alpan kəndinin Su-Baba qəbiristanlığında torpağa tapşırılmışdı. Subay idi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mehdi Murtuzov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB