"Serbiya Azərbaycana səmimi dostluq və qardaşlıq münasibəti bəsləyən ölkədir" - SİAYSİ EKSPERT ŞƏRH ETDİ

"Serbiya Azərbaycana səmimi dostluq və qardaşlıq münasibəti bəsləyən ölkədir" - SİAYSİ EKSPERT ŞƏRH ETDİ

"Azərbaycan Prezidentinin Serbiyaya səfəri, keçirilən görüşlər, imzalanan sənədlər və hər iki ölkə rəhbərliyinin səsləndirdiyi bəyanatlar deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, münasibətlərin dərinləşməsinin və daha da inkişaf etməsinin təməlində əlbəttə ki, Azərbaycan və Serbiya liderlərinin şəxsi səyləri dayanır: "Azərbaycan dövləti daim praqmatik xarici siyasət yürüdüb və uğurlu diplomatiya nəticəsində dünyanın bir çox ölkələri ilə dostluq, tərəfdaşılıq münasibətləri formalaşıb. Serbiya ilə əlaqələrin yüksələn xəttlə inkişafı da bu siyasətin məntiqi davamıdır. Bu gün Azərbaycan dünyada, Avropada əvəzedilməz tərəfdaş kimi önə çıxır. Avropanın enerji təhlükəsizliyinin yenidən tərtib edilməsində ölkəmiz xüsusi rol oynayır. Nəhəng neft-qaz, enerji layihələrinin müəllifi olan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilir. Azərbaycan Prezidentinin Serbiyaya səfəri zamanı qarşılıqlı iqtisadi əlaqələrin bir çox spektrləri də müzakirə edildi ki, bu da gələcək üçün böyük uğurlar vəd edir. Serbiya da Azərbaycana səmimi dostluq və qardaşlıq münasibəti bəsləyən ölkədir. Prezident İlham Əliyevin bu ölkədə xüsusi hörmət və ehtiramla qarşılanması, Serbiya Prezidentini Aleksandar Vuçiçinin Prezident İlham Əliyev haqqında səsləndirdiyi xoş sözlər bunun bariz nümunəsidir. Görünən odur ki, Azərbaycan öz xoş məramı və sözü ilə əməli üst-üstə düşən ləyaqətli siyasəti ilə addım-addım dünyanı fəth edir. Əminliklə demək olar ki, bu uğurlar davamlı olacaq və Azərbaycan dövlətinin və xalqının mənafeləri üçün əvəzsiz rol oynayacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə